Azərbaycanlı futbol məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə. O, Çempionlar Liqasındakı təmsilçimiz olan “Sabah”ın 5-ci turda Bakıda “Barselona”ya qarşı(1:4) keçirdiyi oyundan danışıb.
“Sabah" "Barselona" ilə matçda 1:4 hesabı ilə məğlub oldu. Bu matçda "Sabah"ın performansını bəyəndiniz? Hesab yəqin ki, sizin üçün gözlənilməz olmadı?
Təbii ki, bu oyun haqda danışanda gedişat və nəticə hər birimiz üçün aydın ola bilərdi. Amma "Sabah" rəqibə rəqabət göstərə bildi.
Ümumiyyətlə, hansısa inam var idi ki, "Sabah" bu görüşdə möcüzəyə imza atar, yoxsa düşünürdünüz ki, "Barselona"dan xal almaq mümkün deyil?
Sensasiya mümkünsüz bir şey idi. Bəli, futbolda sensasiyalar olur. Dünən “Lill” “Bavariya”nı məğlub etdi. Belə şeylər də olur. Amma bu gün “Barselona”nın rotasiya edilmiş heyətilə belə, onlara qarşı hansısa uğur qazanmaq mümkünsüz idi. “Barselona” bir çox turnirlərdə çıxış edir, üstəli, Bakıya uzun yol qət edərək çatmışdılar.
"Barselona"nın səviyyəsi bəllidir. Ancaq sırf bu oyun üçün "Sabah"ın daha çox hansı detallarda rəqibinə uduzduğunu, hansı zonalarda boşluqlar verdiyini düşünürsüz ki, sonda bu cür nəticə oldu?
“Barselona” harda, nə vaxt və necə tempi artırmaq lazım olduğu bilirdi, topa nəzarəti ələ keçirirdilər. Dünyada ən yaxşı topla oynayan, topa nəzarət edən komandalardan biridir. “Barselona”nın bir üstünlüyü də var, demək olar komandada öz yetirmələri oynayır, 7-8 nəfər əsas heyətdə çıxış edir. Bu da o deməkdir ki, onlar artıq komandanın oyun stilini akademiyada öyrənir. Topu itirdikdən sonra bir neçə saniyəyə topu geri qaytarırlar. Bu da onların üstünlüyüdür. “Barselona”nın futbolçularının səviyyəsi də çox şeyi deyirdi. “Sabah” nə qədər bacardısa, o qədər müqavimət göstərdi. Onlar istədiyirdi ki, müdafiədə boşluqlar verməsin, aralarda boşluqlar olmasın. Bu baş verərdisə, “Barselona”nın qol vurmaq şanslarını çoxaldırdı. Qola qədər bunu etməyi bacardılar. “Sabah” oyundan həzz almaq üçün oynamalı idi. Bu, onlar üçün böyük təcrübədir ki, futbolu necə düzgün oynamaq lazımdır, nəyin üzərində çalışmağı da bilmək çün imtahan idi. “Sabah” “Barselona” qarşısında aciz görünmürdü. Böyük fərq var idi, hamınız da gördünüz. Hesab minimum olanda, “Barselona” ikinci hissənin əvvəlində qollar vuraraq, sonradan da topa nəzarət etdi. Ondan sonra daha az güc sərf etməyə çalışdı. Ağıllı futbol oynayaraq, rotasiyalar etdilər, gəncləri meydana buraxdılar ki, gələcək oyunlar üçün gücləri yerində qalsın. Əgər hesab başqa cür olsaydı, “Barselona” tempi daha da artıra bilərdi. Amma onlar istədiyi vəziyyətdə sürəti artırıb, istədiyi nəticəyə nail olan komandadır.
Lamin Yamalın Bakıya gəlməməsi "Sabah"ın işini nə dərəcədə asanlaşdırmışdı, yoxsa fərqi olmadı?
Açığı, Yamalın Bakıya gəlib-gəlməməsi böyük önəm daşımırdı. Doğrudur, Yamal azarkeşlərin ulduz futbolçu kimi Bakıda görmək istədikləri oyunçudur, onun bu mənada ölkəmizə gəlməsi vacib idi. Lakin onun oyunda yeri o qədər də görünmədi. Əlbəttə, fərdi olaraq Yamal çox güclüdür, gözlənilməz qol vəziyyətləri yarada bilir.
"Sabah"ın növbəti matçı da İspaniya klubuna qarşıdır, bu dəfə "Vilyarreal"la səfərdə. Sizcə, "Sabah" səfərdə xal qazana biləcək? Komanda hazırda 33-cü pillədədir...
“Sabah” sadəcə Çempionlar Liqasından və oyunlardan həzz almalıdır. Bura qədər maksimum bacardığını etdi. Azərbaycan futbolu səviyyə baxımından Çempionlar Liqası klublarından klublarından geri qalır. “Vilyarreal” də stabil komanda deyil. Amma La Liqada oynayır. “Barselona” və “Slaviya”ya qarşı matçları göstərdi ki, onlar da düzgün yola düşüblər. Ola bilsin ki, “Vilyarreal” “Sabah”la matçalrda əsas oyunçularına istirahət versin. Bu da “Sabah” üçün hardasa üstünlük sayıla bilər. Ancaq “Vilyarreal” də səviyyəli komandadır. Onlardan xal almaq mümkünsüz deyil, lakin çox çətin olacaq. Ümumilikdə isə “Barselona”nın Bakıya gəlməsi “Sabah”ın uğurudur. Çünki dünən Azərbaycan futbolu üçün bayram idi.
Mirbağırağa
saytlarin hazirlanmasi
