UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda baş tutan “Sabah” – “Barselona” qarşılaşmasının ən yaxşı oyunçusu açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA matçın ən yaxşı futbolçusu adına Kataloniya təmsilçisinin ingiltərəli oyunçusu Entoni Qordonu layiq görüb.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Qordon dubl etməyi bacarıb.
Xatırladaq ki, qarşılaşma “Barselona”nın 4:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
