“Roma”nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti statusuna və puluna görə ondan istifadə edən insanlar barədə danışıb.

Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında bunları qeyd edib:

“Zirvədə olduğum zaman məndən kimlər istifadə etdi? Heç gözləmədiyim insanlar – ailə üzvlərim, dostlarım və qohumlarım. Bir çoxu mənim hesabıma yaşayırdı.

Zaman keçdikcə yollar ayrılır və əslində nələrin baş verdiyini anlamağa başlayırsan. Əgər zamanı geri qaytarmaq mümkün olsaydı, eyni səhvləri təkrarlamazdım”.