“Barselona”, “Bavariya” və “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola Lionel Messi ilə Kriştiano Ronaldo arasındakı rəqabət barədə danışıb.

Sportal.az xəbər verir ki, Qvardiola öz açıqlamasında maraqlı fikirlər səsləndirib:

“Düşünürəm ki, onlar bir-birinə çox kömək ediblər. Əgər Messinin qarşısında Kriştianu, Kriştianunun qarşısında isə Messi olmasaydı, yəqin ki, karyeraları daha qısa olardı. Onlar daim bir-birini izləyir, digərinin nə etdiyinə baxır və düşünürdülər: ‘Ondan daha yaxşı olmaq, ondan daha çox qazanmaq istəyirəm’.

Ronaldo rəqabət ehtirası baxımından əsl vəhşidir. Qalib gəlmək və özünü göstərmək istəyindən başqa heç nə onu maraqlandırmır. O, əsl qolçudur. Sol ayağı, sağ ayağı və başı ilə qol vurur. O, möhtəşəmdir”.