“Mançester Yunayted”in müdafiəçisi Eyden Heven qışda icarə əsasında başqa kluba keçə bilər.

Sportal.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Mənbənin məlumatına görə, Heven Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi postuna gəlişindən sonra daha az oyun vaxtı alacağından narahatdır.

Qeyd edək ki, 20 yaşlı müdafiəçi ilə “Fulhem” və “Barselona” maraqlanır.