“Barselona” hücumçusu Entoni Qordon Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda Bakıda "Sabah"a qarşı keçirilən və komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan oyun barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ingilis futbolçu Bakıdakı qalibiyyəti bu cür şərh edib:

"Burada işlərim həqiqətən çox yaxşı gedir. “Sabah”a qarşı əla oyun nümayiş etdirdik. İki qol vurdum və buna görə çox şadam. Lakin ən vacibi komandanın nəticəsidir. Düşünürəm ki, çox yaxşı oynayırıq. Əvvəllər də qeyd etdiyim kimi, bu cür uzun məsafəli səfərlər heç də asan deyil. Azərbaycan gözəl ölkədir və burada yenidən olduğum üçün çox şadam. Ümumilikdə, çox yaxşı oyun sərgilədik, hər şey əla alındı".