"Kəpəz"in müdafiəçisi Şakir Seyidov Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ”la 0:0 oynadıqları görüş haqda fikirlərini bildirib:

"Biz bu oyuna yaxşı hazırlaşmışdıq. Şükür Allaha, meydanda da yaxşı mübarizə aparmağımız alındı. Bir neçə qol epizodumuz oldu. Təəssüf ki, qol vura bilmədik. “Qarabağ”la matçda üç xal qazanmaq istəyirdik, amma bir xal da pis deyil. Tribunanı dolduran azarkeşlərimizə təşəkkür edirəm. Əla dəstək göstərdilər. Azarkeşlərimizi Azərbaycanın ən yaxşısı adlandırmaq olar. Bu cür dəstək altında uduza bilməzdik".

O, Gəncə təmsilçisinin avrokuboklar şansları barədə də danışıb: “Bu cür şans yaranarsa, niyə də oynamayaq? Amma bu barədə düşünmək hələ tezdir. Bizi qarşıda “Turan Tovuz”a qarşı prinsipial oyun gözləyir. İlk dövrədə onları məğlub edə bilmişdik. Bunu yenidən etmək istəyirik. Tovuza üç xal üçün yollanacağıq”.

Mirbağırağa