"Arsenal"ın müdafiəçisi Rikardo Kalafyori 2025/2026 mövsümündə Çempionlar Liqasının finalındakı PSJ(1:1, 3:4 p) ilə keçirdikləri oyunu xatırlayıb.

Sportal.az xəbər verir ki, “GQ Italia”ya açıqlama verən italiyalı finalda uduzsalar da, bir gün sonra azarkeşlərin onları necə qarşıladığını deyib:

"O vaxt oynamırdım və həmin axşam özümü çox yorğun, halsız hiss edirdim. Amma ertəsi gün səhər Premyer Liqada qələbəni qeyd etmək üçün parad keçirdik. Əvvəlcə getmək istəmirdim, evdə qalıb sadəcə yatacağımı düşünürdüm. Amma bizə möhtəşəm mövsüm keçirdiyimizi, tarix yazdığımızı, 22 il gözlədikdən sonra çempionluğu qazandığımızı xatırlatmaq üçün gələn azarkeşlərimizi görəndə, həmin an başa düşdüm ki, Çempionlar Liqasının finalında məğlub olmaq qazandıqlarımızın üzərindən xətt çəkməyib".