Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Nurlan Novruzov məşqçiliyə başlayıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu "Neftçi"də işləyəcək.

Futbolçu karyerasını 2-ci Liqada "Zəngəzur" klubunda davam etdirən forvard paytaxt təmsilçisinin U-12 komandasına məşqçi təyin olunub. Onun "Zəngəzur"dan ayrılaraq sırf məşqçilik edəcəyi gözlənilir.

Xatırladaq ki, Novruzov ölkəmizdə "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" klublarında oynayıb, Türkiyə, Moldova, Estoniya, Nepal və Litvada legioner həyatı yaşayıb. O, 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.