“Liverpul”un müdafiəçisi Jo Qomez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, ingilis müdafiəçiyə bu ölkə klublarından maraq var.
Belə ki, Səudiyyə Ərəbistanı çempionatının 2 klubu Qomez üçün artıq hərəkətə keçib. “Əl-İttihad” və “Əl-Hilal” 29 yaşlı futbolçu uğrunda mübarizə aparır. Onun “Liverpul”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Bu mövsüm oynamaq şansı az qazanan Qomez özü də komandadan ayrılmağa müsbət yanaşır. Əslən Qambiyadan olan futbolçu 2015-ci ildə “Çarlton”dan “Liverpul”a keçmişdi.
saytlarin hazirlanmasi
