2022-ci ildə karyerasını başa vuran Argentina millisinin sabiq hücumçusu Karlos Tevesin şərəfinə təşkil ediləcək qarşılaşma dekabrın 20-də “Boka Xuniors”un stadionunda keçiriləcək.
Sportal.az xəbər verir ki, Messinin matçda iştirakı bu gün tədbirin təşkilatçıları tərəfindən rəsmi olaraq açıqlanıb.
“Dünyanın ən yaxşı futbolçusunu Apaçinin (Tevesin ləqəbi) son matçında qarşılamaq bizim üçün böyük şərəf olacaq”, – deyə təşkilatçılar bildiriblər.
“İnter Mayami”nin hücumçusu Teveslə birlikdə Argentina millisində, o cümlədən 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında çıxış edib.
Messidən başqa, vida matçına dəvət olunanlar arasında Serxio Aquero, Martin Palermo, Canluici Buffon, Rio Ferdinand və Leandro Paredes də var.
Teves “Mançester Yunayted”də birlikdə çıxış etdiyi Kriştiano Ronaldonu da vida matçında görmək istəyir. O, hətta portuqaliyalı futbolçunu şəxsən razı salmağa çalışacağını bildirib. Lakin “Əl-Nəsr”in hücumçusunun qarşılaşmada iştirakı hələlik təsdiqlənməyib.
saytlarin hazirlanmasi
