PSJ-nin cinah oyunçusu Dezire Due yaxın zamanda sağ dizindən əməliyyat olunacaq.

Sportal.az xəbər verir ki, fransalı futbolçu ötən şənbə Liqa 1 çərçivəsində “Nitsa”ya qarşı keçirilən matçda (3:2) dizinin ön çarpaz bağının qopması ilə nəticələnən zədə alıb. Daha sonra klub Duenin noyabrın sonunadək əməliyyat olunacağını açıqlayıb.

Çərşənbə günü 21 yaşlı futbolçu “Park de Prens” stadionunun tribunalarından Paris təmsilçisinin Çempionlar Liqasının 5-ci turunda “Roma”ya qarşı keçirdiyi matçı (2:2) izləyib.

Fransa millisinin üzvü yaxın zamanda Qətərə yollanacaq və Dohada yerləşən “Aspetar” klinikasında əməliyyat olunacaq.