Keçmiş “Barselona”, “Mançester Yunayted”, “İnter”, “Yuventus” və “Milan” hücumçusu Zlatan İbrahimoviç uşaqlığı haqqında xatirələrini bölüşüb.
Sportal.az xəbər verir ki, brahimoviç “Milan” sahiblərinin müşaviri kimi "(Ne)uspjeh prvaka" ilə müsahibəsində maraqlı faktlara toxunub:
"Mən Malmö şəhərinin Rüsengord rayonunda doğulmuşam. Deyirlər ki, bu getto idi, amma mənim üçün getto deyildi… Bu çoxmədəniyyətli bir yer idi… Hamımız orada idik və birlikdəydik. Atam Bosniyalı müsəlmandır, Bielina şəhərindən, anam isə Zadardan olan katolikdir, mən isə İsveçdə doğulmuşam. 16–17 yaşa qədər heç vaxt Malmö mərkəzinə getməmişdim. Futbol, məktəb və mənim mənzilim Rüsengordda idi. Hamımız orada idik. Mənim heç yerə getməyim lazım deyildi. Hətta sinif yoldaşlarımla şəhərə ekskursiyaya belə getmirdik.
İndi artıq sirr deyil ki, məşqlərə getmək üçün çoxlu velosiped oğurlamışam. Avtobusla getmirdim, çünki pulum yox idi. Ya piyada gedirdim, ya qaçırdım, ya da məşqlərə və ya məktəbə getmək üçün velosiped oğurlayırdım. Bu mənim dünyam idi.
İlk dəfə şəhərə 16 yaşımda getdim. O zaman ilk dəfə yaşıl avtobusu gördüm. Şəhərə ilk dəfə gəldiyimdə gördüm ki, hər kəsin mavi gözləri var. Dedim, bu mümkün deyil. Mən böyüdüyüm yerdə İsveç belə görünmürdü. Sanki mənə yeni bir dünya açıldı. O zaman hələ “Malmö”də oynamırdım. Anladım ki, gördüklərimdən daha böyük bir şey var. Bundan sonra “Malmö”də baxışa getdim və iki gün sonra məni komandaya dəvət etdilər."
saytlarin hazirlanmasi
