Azərbaycan I Liqasında yarışan "Mingəçevir"də ayrılıq yaşanıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Qurban Səfərovla yollarını ayırıb.
U-21 milli komandamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hazırda yığmanın heyətində Bakıda təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi daha əvvəl "Qarabağ-2" və "Şamaxı"da forma geyinib.
Onun "Karvan-Yevlax"a keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi
