"Texnologiyasız futbol üçün darıxanlara VAR olmadan oyunları izləməyi tövsiyə edirəm" - Kollina

00:40 - 3 Mart 2026

Pierluici Kollina, FIFA-ın hakimlər komitəsinin rəhbəri olaraq VAR sisteminə yönələn tənqidlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, Kollina Sky Sport Italia-ya müsahibəsində bunları qeyd edib:

“Bəziləri VAR-ın tətbiqi ilə səhvlərin tamamilə aradan qalxacağını düşünə bilərdi. Amma belə bir məqsəd heç vaxt olmayıb. Futbol həm faktiki qərarlara, həm də insidentlərin şərhindən asılı qərarlara əsaslanan idmandır. İstifadəsini nə qədər təkmilləşdirsək də, insan faktoru və nəticədə səhv etmək imkanı həmişə qalacaq.

Texnologiyasız futbol üçün darıxanlara tövsiyəm VAR-ın istifadə olunmadığı bir neçə oyunu izləmələridir, məsələn, İngiltərə Kubokunun ilk mərhələləri. Əminəm ki, fikirlərini dəyişəcəklər”.

Xəbər xətti