"Arsenal" heyətini yapon futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisi Daiçi Kamada ilə maraqlanır.
Yaponiya millisinin üzvü özü “Arsenal”a keçməyə hazırdır. 29 yaşlı futbolçunun “Kristal Pelas”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Kamada “Saqan Tosu”, “Ayntraxt”(Frankfurt), “Sent-Trüden”, “Latsio” klublarında oynayıb.
