Niderland millisinin baş məşqçisi Ronald Kuman “İnter”in sağ cinah müdafiəçisi Denzel Dumfrisin “Real”a mümkün transferi bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ona məsləhət də verib:
“Transferin tam yekunlaşıb-yekunlaşmadığını bilmirəm. Bu cür transferə kim layiqdir soruşsanız, Denzeli göstərərdim. Amma mən onun "Real"a yox, "Barselona"ya keçməsini üstün tutardım”.
Kuman 1989-cu ildən 1995-ci ilə qədər "Barselona"da oynayıb. O, həmçinin 2020-ci ildən 2021-ci ilə qədər Kataloniya klubunun baş məşqçisi vəzifəsində çalışıb.
Ötən mövsüm Dumfries bütün yarışlarda 28 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
