"İmişli"nin qolkiperi 39-cu oldu

10:17 - 24 Avqust 2026

Misli Premyer Liqasının II turu Yusif İmanov üçün əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.

100 oyunda 101 top buraxan İmanov üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb. İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdır.

Xəbər xətti