Yeni Roma basketbol klubu “Roma Maksima” yerli futbolun əfsanəsi Françesko Totti ilə əməkdaşlığa başladığını açıqlayıb.
Sportal.az xəbər verir ki, Totti layihəyə məsləhətçi kimi qoşulub.
“Romanın simvolu basketbolu seçir. O, ambisiyalar, mükəmməlliyə can atmaq və mənsubiyyət hissi üzərində qurulmuş layihəni seçir. O, öz şəhərinə yeni bir şey bəxş etmək və bunu bizimlə birlikdə sıfırdan qurmaq imkanını seçir”, – klubun açıqlamasında deyilir.
Totti bütün peşəkar karyerasını 1993-2017-ci illərdə formasını geyindiyi “Roma”da keçirib. O, klubun keçirdiyi oyunların və vurduğu qolların sayına görə rekordçusudur, həmçinin İtaliya çempionudur.
saytlarin hazirlanmasi
