Premyer Liqa klubu legionerini göndərəcək - yeni forvard transfer ediləcək

16:23 - 19 Aprel 2024

"Araz-Naxçıvan”ın legionerlərindən birini göndərəcəyi dəqiqləşib.

Sportal.az saytına verilən məlumata görə, Elvis Maşike yeni mövsümə bu klubda başlamayacaq.

Konqolunun qışda komandadan göndəriləcəyi gözlənilsə də, son anda bu fikirdən vaz keçilmişdi.

Amma komandanın yeni baş məşqçisi Elmar Baxşıyev də Maşikenin əvəzinə daha keyfiyyətli forvardın transfer edilməsinin mütləq olduğunu rəhbərliyə bildirilib.

29 yaşlı forvard mövsümün əvvəlində "Araz-Naxçıvan"la bir mövsümlük müqavilə imzalamışdı.

Xəbər xətti