Millimizin sabiq forvardı Türkiyə və Azərbaycan klubları arasında seçim edəcək

14:43 - 29 Aprel 2024

Azərbaycanın U-21 yığmasının forvardı Mustafa Muhammet Yıldırım yeni mövsümə Türkiyə birinci liqasında başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan klublarının da transfer siyahısına daxil olan 21 yaşlı hücumçu “Ümraniyespor”un maraq dairəsindədir.

Millimizin üzvü Coşqun Diniyevin formasını geyindiyi klub Mustafa Yıldırım bir illik icarəyə götürməyi planlaşdırır.Yaxın günlərdə bu keçidin baş tutub-tutmayacağı dəqiqləşəcək.

"Alanyaspor"un yetirməsi olan Mustafa “İstanbulspor”, “Pazarspor”, “Çorum”da oynadıqdan sonra “Iğdır”a keçib. Mövsümün əvvəlində isə forvard “Ankara Demirspor”a icarəyə verilib. U-19 yığmamızda da oynamış hücumçunun Azərbaycan Premyer Liqasında oynamaq variantını da gözdən keçirir.

Xəbər xətti