"Barselona"nın futbolçusu "Bavariya"ya keçə bilər

22:25 - 19 Aprel 2024

"Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçini "Bavariya" transfer etmək istəyir. Bu barədə "Relevo" məlumat yayıb.

"Bavariya" yayda 26 yaşlı orta xətt oyunçusu üçün"Barselona"ya təklif göndərəcək. Kataloniya təmsilçisi futbolçusunu 60-70 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol vurub. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti