"Milan" 4 futbolçunu göndərəcək

11:42 - 20 İyul 2023

İtaliyanın "Milan" klubu dörd futbolçusu ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Divok Orici, Ante Rebiç, Fode Ballo-Ture və Marko Lazetiçin xidmətində maraqlı deyil. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Milan"ın baş məşqçisi Stefano Piolo adları qeyd olunan oyunçuları komandanın ABŞ-da baş tutacaq təlim-məşq toplanışına aparmayacaq. Rəhbərlik bu futbolçulara özlərinə klub tapmalarını tapşırıb. "Rossonerilər" təklif gələcəyi təqdirdə, onları maneəsiz buraxacaq.

Xəbər xətti