"Yuventus" avrokuboklardan uzaqlaşdırıldı

19:05 - 28 İyul 2023

UEFA İtaliyanın "Yuventus" klubuna ağır cəza verib.

Sportal.az xəbər verir ki, qitənin ali futbol qurumu Turin təmsilçisini 2023/2024 mövsümündə Avropa Konfrans Liqasından uzaqlaşdırıb. Bu barədə "La Stampa" nəşri məlumat yayıb. "Qoca sinyora" maliyyə fırıldağına görə cəza ilə üzləşib.

"Yuventus"un UEFA-nın qərarına etiraz etməyəcəyi bildirilir. A Seriyası təmsilçisi Konfrans Liqasının nüfuzuna görə burada iştirak etməyə həvəsli deyil.

Çempionatı 8-ci pillədə başa vuran "Fiorentina" Konfrans Liqasında iştirak edəcək.

"Yuventus"a cərimə tətbiq olunacağı da gözlənilir.

Xəbər xətti