"Napoli" portuqaliyalı ilə müqavilə imzaladı

19:48 - 14 Avqust 2023

Son İtaliya çempionu olan "Napoli"də yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi Mario Ruinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı sol cinah müdafiəçisi 2026-cı ilin yayına kimi A Seriyası təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Napoli" Mario Ruini 2018-ci ilin yayında "Roma"dan transfer edib. Portuqaliyalı müdafiəçi son mövsümdə komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti