İtaliya millisinin yeni baş məşqçisi bəlli oldu

11:15 - 19 Avqust 2023

İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Squadra Azzurra"nı Lusiano Spaletti çalışdıracaq. Bu barədə İtaliya Futbol Federasiyasının mətuat xidməti məlumat yayıb.

Spaletti ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, 1 sentyabr tarixində işinə başlayacaq.

Son mövsümdə "Napoli" ilə İtaliya çempionu olan 64 yaşlı mütəxəssis yığmanın baş məşqçisi postunda Roberto Mançinini əvəz edib.

Xəbər xətti