"Yuventus"un baş məşqçisi türk futbolçu haqda: "Saçlarını kəsdirməlidir"

17:11 - 21 Avqust 2023

"Yuventus" İtaliya A Seriyasının ilk turunda səfərdə "Udineze"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu matçın 85-ci dəqiqəsində Turin təmsilçisinin türk futbolçusu Kenan Yıldız meydana daxil olub. "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri 18 yaşlı hücumçu ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Kenan Yıldız saçlarını kəsdirməlidir. Çünki, oyun zamanı yüz dəfə saçları ilə oynadı, o saçlar kəsiləcək. İşini lazım olduğu kimi görməlisən. O, hələ uşaqdır və çoxyönlü oyunçudur. Kenanı daha tez meydana buraxacaqdım, amma dəyişikliklərlə bağlı fikrimi dəyişməyi oldum".

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı ötən ilin yayında "Bavariya"dan transfer edib. Gənc oyunçu son mövsümü İtaliya klubunun U-19 komandasında keçirib.

Xəbər xətti