"Yuventus" türk futbolçu ilə müqavilə imzaladı

20:33 - 30 Avqust 2023

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi Kenan Yıldızın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı hücumçu 2027-ci ilin yayına kimi A Seriyası təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı ötən ilin yayında "Bavariya"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü "ağ-qaralar"ın heyətində cari mövsümdə 2 çempionat oyununda meydana çıxıb.

Xəbər xətti