Ulduz futbolçuda dopinq aşkarlandı

20:45 - 11 Sentyabr 2023

"Yuventus"un futbolçusu Pol Poqbada dopinq aşkarlanıb.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin İtaliya A Seriyasının "Udineze" ilə matçından öncə verdiyi dopinq testi müsbət çıxıb. Bu barədə "Corriere Dello Sport" nəşri məlumat yayıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Pol Poqba ötən ilin yayında "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib.

Xəbər xətti