Milan derbisində darmadağın - VİDEO

12:29 - 17 Sentyabr 2023

Futbol üzrə İtaliya A Seriyasında 4-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "İnter" öz meydanında "Milan"ı qəbul edib. Milan derbisi ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün oyunlarda qalib gələn "İnter" çempionatın lideridir. 9 xalı olan "Milan" isə 3-cü yerdədir.

"İnter" - "Milan" 5:1

Qollar: Mxitaryan, 5,  69, Türam, 38, Çalhanoğlu, 79 (pen), Frattezi, 90+3 - Leao, 57

Xəbər xətti