"Milan"a 1 qol bəs etdi - VİDEO

19:38 - 23 Sentyabr 2023

İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Milan" doğma meydanda "Verona"nı qəbul edib. Qarşılaşma Stefano Piolinin yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Milan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Verona" isə 9-cu yerdədir.

"Milan" - "Verona" 1:0

Qol: Rafael Leao, 8

Xəbər xətti