"Sassuolo" - "Yuventus" matçında 6 qol - VİDEO

11:52 - 24 Sentyabr 2023

İtaliya A Seriyasında 5-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Yuventus" səfərdə "Sassuolo"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Sassuolo" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 10 xalı olan "Yuventus" isə 4-cü yerdədir.

"Sassuolo" - "Yuventus" 4:2

Qollar: Lauriente, 12, Berardi, 41, Pinamonti, 82, Qatti, 90+5 (avtoqol) - Vina, 21 (avtoqol), Kyeza, 78

Xəbər xətti