Poqbaya şok cəza: Futboldan uzaqlaşdırılır

17:40 - 6 Oktyabr 2023

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba futboldan uzaqlaşdırıla bilər.

Sportal.az xəbər verir ki, fransalı futbolçunun 20 avqust tarixində verdiyi dopinq testi müsbət çıxmışdı. 30 yaşlı oyunçu qərardan narazı qaldığı üçün yenidən testdən keçməyi tələb edib.

Fransa millisinin üzvünün bu gün verdiyi test də pozitiv çıxıb. Təcrübəli yarımmüdafiəçinin 2-4 ill müddətinə futboldan uzaqlaşdırılma cəzası alacağı gözlənilir.

"Yuventus" Polqanın 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsini vaxtından əvvəl ləğv edəcək.

Xəbər xətti