Ulduz futbolçuya məşqə çıxmaq qadağan edildi

14:08 - 7 Oktyabr 2023

Pol Poqbaya "Yuventus"un məşqlərində iştirak etmək qadağan olunub.

Sportal.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb. Bundan əlavə, fransalı yarımmüdafiəçi klub üzvləri ilə də əlaqə saxlaya bilməz. Turin təmsilçisi təcrübəli futbolçunun müqaviləsini ləğv etməyi planlaşdırır.

Qeyd edək ki, Pol Poqbanın dopinq testi müsbət çıxıb. 30 yaşlı oyunçunun 2-4 il müddətinə futboldan uzaqlaşdırılacağı gözlənilir.

Xəbər xətti