Jiru həftənin ən yaxşı qapıçısı seçildi

21:55 - 9 Oktyabr 2023

İtaliya A Seriyasında 8-ci turun rəmzi heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, həftənin qapıçısı seçimi maraqla qarşılanıb. Belə ki, "Milan"ın hücumçusu Olivye Jiru turun ən yaxşı qolkiperi seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Milan"ın "Cenoa"nı 1:0 hesabı ilə məğlub etdiyi matçın 90+8-ci dəqiqəsində qapıçı Mayk Menyan qırmızı vərəqə görürək meydandan qovulub. "Qırmızı-qaralar" bütün əvəzetmələrdən istifadə etdiyi üçün qapıya Jiru keçməli olub. Fransalı forvard son saniyələrdə komandasını qoldan xilas etməyi bacarıb.

Xəbər xətti