Türkiyədə işləmiş məşqçi "Milan"ı çalışdıra bilər

14:06 - 24 Aprel 2024

"Milan" mövsümün sonunda baş məşqçi Stefano Pioli ilə yolarını ayıracaq.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi məşqçi postu üçün axtarışları davam etdirir.

Hazırda "Nitsa"nı çalışdıran Françesko Farioli "Milan"I çalışdırmağa əsas namizədlərdən biridir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

Qeyd edək ki, Françesko Farioli daha əvvəl Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor"un baş məşqçisi olub. 35 yaşlı italiyalı mütəxəssisin "Nitsa" ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti