"Barselona"dan "Mançester Yunayted"ə

13:34 - 29 Aprel 2024

"Barselona"nın futbolçusu Ronald Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, “Mançester Yunayted” uruqvaylı futbolçunu transfer etməyi planlaşdırır.

İngiltərə klubu transfer üçün 80 milyon avro ödəmək istəyir.

Tərəflər arasında razılıq əldə olunsa, keçid baş tutacaq. 

25 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Xəbər xətti