Türkiyə Super Liqasında baş məşqçi istefası

17:17 - 29 Aprel 2024

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Konyaspor" Fahrudin Omeroviçlə yollarını ayırıb. Bu barədə Konya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fahrudin Omeroviç bu ilin yanvar ayında "Konyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 34 turdan sonra 36 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti