"Fənərbaxça"nın hücumçusu "Roma"ya keçə bilər

19:56 - 29 Aprel 2024

"Fənərbaxça"nın hücumçusu Mişi Batşuayi karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Roma" belçikalı forvardı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Roma"nın baş məşqçisi Daniele De Rossi 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Təcrübəli oyunçunun müqaviləsi yayda başa çatdığı üçün A Seriyası təmsilçisi onu azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, "Fənərbaxça" Mişi Batşuayini 2022-ci ilin yayında "Çelsi"dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 23 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti