"Cəbrayıl" Şəkidən 3 xalla qayıdır - VİDEO

22:54 - 29 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" doğma meydanda "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 49-a yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Şəki Siti" - "Cəbrayıl" 1:3
Qollar: 
Tural Məmmədzadə, 33 (pen) - Tapdıq Əhmədov, 12, Elşən Əliyev, 13, Nurlan Quliyev, 65
Qırmızı vərəqə: Tural Məmmədzadə, 64 ("Şəki Siti")

Xəbər xətti