Hüseynovun komandası bir xalla kifayətləndi - VİDEO

09:49 - 30 Aprel 2024

Bolqarıstanda ölkə çempionatında 31-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə ÇSKA-1948 (1:1) klubu ilə qarşılaşıb.

Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb.

“Arda” Konfrans Liqasına vəsiqə üçün qrupda liderdən 4 xal geri qalaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti