Superliqa klubunda baş məşqçi postu idman direktoruna həvalə edildi

10:49 - 30 Aprel 2024

Türkiyə Super Liqasında yerini qorumaq uğrunda mübarizə aparan "Konyaspor" yeni baş məşqçi gətirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fahruddin Ömeroviçlə yollarını ayıran klub mövsümün sonuna qədər idman direktoru Ali Çamdalıya tapşırılıb.

"Konyaspor” sona 4 həftə qalmış Super Liqada 36 xalla 16-cı pillədə qərarlaşıb.

Komandanı aşağı liqadan cəmi iki xal ayırır.

Xəbər xətti