37 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

17:59 - 16 İyun 2025

İtaliyanın "Latsio" klubu iyun ayının sonunda müqaviləsi başa çatan Pedro ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi ispan vingeri komandada saxlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin sabiq üzvü ilə 30 iyun 2026-cı il tarixinədən nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Pedro 2021-ci ilin yayından "Latsio"da çıxış edir. 37 yaşlı futbolçu ötən mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi  matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti