"İnter" 5 milyonluq transferə hazırlaşır

14:48 - 6 İyul 2025

“İnter” “Fluminense”nin futbolçusu Nonatonu heyətinə qatmaq istəyir.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “nerazzura” yarımmüdafiənin mərkəzini braziliyalı ilə gücləndirmək niyyətindədir.

Milan təmsilçisi Nonato üçün “Santos”a 5 milyon avro ödəməyə hazırdır.

Məsələ burasındadır ki, 27 yaşlı yarımmüdafiəçi 2026-cı il dekabrın 31-nə qədər “Santos”a məxsusdur. O, karyerası ərzində “Sao Kaetano”, “İnternasyonal”, “Ludoqorets” klublarında oynayıb.
 

Xəbər xətti