"Omoniya" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Araz-Naxçıvan"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki,Kipr təmsilçisinin baş məşqçisi Henninq Berq matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Torpedo"ya qarşı yaxşı oynadıq, yaxşı nəticə göstərdik. Eyni sözləri "Araz-Naxçıvan" haqda da deyə bilərəm. Evdə və səfərdə "Aris"ə qarşı yaxşı oynadılar. Sabahkı matçda yaxşı oynamalıyıq.
- Sizcə, "Araz-Naxçıvan" "Aris"i nəyin hesabına keçə bildi? Yəqin ki, analiz edəndə bu iki görüşə də baxmısız?
- Məncə, "Araz-Naxçıvan"ın keyfiyyətli, yaxşı futbolçuları var. Yaxşı komanda oyunu oynadılar. Həm də, çox yaxşı mübarizə apardılar. Komandanın enerjisi çox yüksəkdir. Deyərdim ki, əsas faktorlar bunlar idi.
- Bundan əvvəlki mərhələdə "Araz-Naxçıvan"ın rəqibi favorit göstərilirdi. İndi də favorit "Omoniya"dır. Bu, sizi narahat etmirki?
- Hər zaman oyunlarda komandalardan biri favorit olur. Amma məşqçilər və oyunçular üçün bu, bir az fərqlidir. Önəmli olan odur ki, komanda ən yaxşı formada olsun və ən yaxşı oyununu göstərsin. "Araz-Naxçıvan" yaxşı komandadır. Təsadüf deyilki, 2 gözəl oyun oynadılar. Onlar "Aris"dən üstün idilər. Sabahkı matçda əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq. Kim favoritdir, bu haqda danışmağın mənası yoxdur.
- "Omoniya" bir neçə dəfə Azərbaycan komandaları ilə qarşılaşıb. Sonuncu dəfə "Zirə" ilə üz-üzə gəlib. Həmin "Omoniya" ilə indiki arasında hansı fərq var?
- İki fərqli mövsümün komandasını dəyərləndirmək çətindir. Bu komanda ötən mövsüm təsnifat mərhələlərində uğurlu şıxış etdi.
- Sabahkı matçda şansları necə görürsüz?
- Riyazatçı deyiləm. Nəsə demək çətindir. İki çətin oyun bizi gözləyir. "Aris" "Araz-Naxçıvan"ı keçsəydi, əminəm ki, onlar favorit idilər. İndi onlar "Aris"i üstələyibsə, favorit kimdir? Bu məqamlar haqda düşünmək istəmirik. Sabahkı oyuna hazırlaşmaq istəyirik.
- Sabahkı matçla bağlı itkiləriniz var?
- Tasos zədələdir. Fransis Uzqoho viza ala bilməyib. Bu gün gecə gələcək.
- Ötən mövsümün əvvəlində "Neftçi"nin baş məşqçi postuna gələ biləcəyiniz iddia edilirdi. Niyə alınmadı?
- Bəzən şayiələrdir, bəzən maraqlananlar olub, bəzən maraqlanmayanlar.
- Meydançanın ot örtüyünə baxmısız?
- Yox hələ, görməmişəm. Az sonra görəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi