"Spartak" baş məşqçi postuna axtarışlarını davam etdirir.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi indi də Rafael Beniteslə danışıq aparır.
"Napoli", “Liverpul”, “Real”, “Valensiya” komandalarında işləmiş təcrübəli mütəxəssis “Spartak”da işləməyə hazırdır. Lakin Benites Rusiya klubundan yüksək maaş və istədiyi transferlərin reallaşdırılma qarantisini almaq istəyib.
Rafael son olaraq, 2023/2024 mövsümündə “Selta”nı çalışdırıb.
Qeyd edək ki, Rusiya mətbuatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da “Spartak”ın siyahısında yer aldığı iddia olunurdu.