Portuqaliya - Azərbaycan matçının vaxtı və stadionu açıqlandı

16:11 - 15 Avqust 2025

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

Sportal.az xəbər verir ki, B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. 

Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

Xəbər xətti