Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Nikosiyada “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun - 4:0) haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, norveçli mütəxəssis bu gün baş tutacaq matç haqda bunları deyib:
“Matçı səbirsizliklə gözləyirik. Yaxşı formadayıq, amma istədiyimiz səviyyədə olduğumuzdan əmin olmalıyıq. Bakıdakı matçla müqayisədə gözləntimiz nədir? Oyunumuzu dəqiq dəyərləndirməliyik. Bakıda məhsuldar idik, çoxlu qol vurduq. Amma “Araz-Naxçıvan”ın güclü komanda olduğunu bildik. Onlar bunu “Aris”lə matçlarda sübut etdilər. Yenə də ciddi oynamalıyıq və bacarığımızı göstərməliyik”.