Millimizin sabiq üzvləri UEFA-nın kursunda

15:46 - 13 Avqust 2025

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.

Sportal.az xəbər verir ki, dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Xatırladaq ki, məşqçi kursunun 2-ci modulu 8-11 sentyabrda baş tutacaq.

Kurslara millinin sabiq futbolçularından Ruslan Abışov və Vurğun Hüseynov, həmçinin Vüqar Mustafayev, Vüqar Bəybalayev və Amit Quluzadə də qatılıblar.

Xəbər xətti