Cavid Hüseynovun yeni iş yeri bilindi - I Liqa klubunu çalışdıracaq

23:32 - 11 Avqust 2025

Cavid Hüseynov yeni iş yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis I Liqa klubunu çalışdıracaq. Yeni mövsümdə I Liqanın iddialılarından olacağı gözlənilən "Şəfa" Hüseynovu "sükan arxasına" dəvət edib. Yaxın günlərdə onun təyinatı ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Hüseynovun son klubu ötən mövsüm elitanı tərk edən "Səbail" olub. (sport24.az)

Xəbər xətti